İmtahan təcrübəm Sertifikat imtahanı

Enthuware test bankı haqqında qeydlərim

Written by Mushfiq Mammadov

Enthuware ilə bağlı fikirlərim çox yüksək səviyyədədir. Proqram digər alternativ proqramlarla müqayisədə daha keyfiyyətlidir və sualları da çox gözəldir. Məndən öncə imtahan verən namizədlərin təcrübələrindən də oxumuşdum ki, Enthuware sualları real imtahan suallarına çox bənzəyir. Artıq bu fikirlərə mən də qoşuluram, xüsusilə də Last Day Test`i qeyd etmək istəyirəm. İmtahan təcrübəmlə bağlı qeydlərimi yazarkən yadıma düşən suallardan bəzilərini hərdən ayırd edə bilmirdim ki, bu sual mənə imtahanda düşüb yoxsa Last Day Test`də qarşılaşmışam.

Proqramın strukturu ilk öncə primitiv görünsə də istifadəçinin rahatlığı üçün demək olar ki, bütün imkanlar yaradılıb:

  • real imtahan pəncərəsinə bənzər sadə dizayn;
  • əvvəlki, sonrakı və ya istədiyin nömrədə olan suala bir addımda getmə imkanı;
  • sualı bookmark etmək;
  • real imtahandakı kimi sona qalan vaxtla (azalan müddət üzrə) bağlı və həmçinin həmin müddət bitdikdə əlavə xərclənmiş vaxtla bağlı məlumat;
  • proqrama istədiyin vaxt fasilə verib (Pause Test), istədiyin vaxt davam edə bilmək (Continue Test) (amma arada çox fasilə etməyi məsləhət görmürəm, çünki real imtahan 2.5 saat olur və orada fasilə vermək imkanınız olmur, vaxtınız gedir. O səbəbdən mock exam`lərdə həmin bu 2.5 saat ərzində fasiləsiz (və ya az fasilələrlə) özünüzü suallara fokuslamağınızı, gərginlik hiss etdiyinizdə fasilə verməyinizi deyil, konsentrasiyanızı saxlayaraq, səbrlə suallara davam etməyinizi tövsiyə edirəm. Buna öyrəşə bilsəniz real imtahan üçün avantaj sağlamış olacaqsınız);
  • suallarla bağlı qeyd yaza bilmə imkanı (add note);
  • başa düşmədiyiniz sualları Enthuware`nin forumunda müzakirə etmək imkanı – əgər izahı oxuduqdan sonra da sualı başa düşməsəniz “discuss” butonuna tıklamaqla forumdakı mövcud müzakirələri oxuya və ya sualınızı soruşa bilərsiniz. Suallar adminlər tərəfindən vaxtlı-vaxtında cavablandırılır;
  • performance report – bütün testlərdə, ayrı-ayrı mövzular üzrə nəticələriniz faizlə göstərilir və bunun əsasında zəif və güclü tərəflərinizi təyin edə bilərsiniz;
  • missed questions – səhv cavablandırdığınız bütün suallar bu bölmə altında saxlanılır və sonda səhv etdiyiniz sualları tam başa düşdüyünüzə əmin olmaq üçün bu suallara təkrar nəzər yetirə bilərsiniz;
  • objective-wise questions – ayrı-ayrı mövzulara aid sualları əhatə edir və tövsiyə olunur ki, Standart Test`lərdən sonra hansı mövzu üzrə bilikləriniz zəifdirsə (performance report`da qeyd olunur), həmin mövzunu kitabdan təkrarlayıb bu bölmə üzrə müvafiq sualları yenidən edəsiniz (Standart Test`dəki suallar təkrarlanır);
  • Most missed questions – namizədlər tərəfindən ən çox səhv cavablandırılmış suallara baxmaq imkanı;

Real imtahanda ən çox narahat qaldığım sual tipləri əsasən “Which statements are true?” tipli suallar idi, çünki tərcümədən dolayı səhv başa düşə bilmə ehtimalım çox idi. Amma imtahanda düşən bu tipli sualların demək olar ki, 90 faizini artıq Enthuware`dən öyrənmişdim, həmin suallara bənzər suallar Enthuware`də var idi.

Bu test bankı haqqında əlavə fikirlərimi Addım 4. Test bankının seçilməsi və alınması başlığında qeyd etmişəm.

About the author

Mushfiq Mammadov

Leave a Comment

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.