İmtahan təcrübəm Sertifikat imtahanı

Jeanne Boyarsky və Scott Selikoff`un kitabı haqqında fikirlərim

my oca experience my thoughts about study guide by Jeanne Boyarsky and Scott Selikoff
Written by Mushfiq Mammadov

Hazırlıq üçün əsas istifadə etdiyim kitab Jeanne Boyarsky və Scott Selikoff`un müəllifi olduğu “OCA: Oracle Certified Associate Java SE 8 Programmer I Study Guide: Exam 1Z0-808” kitabı olub. İngilis dili səviyyəm yetərli olmadığına görə mənim üçün ilk öncə önəmli olan kitabın dili idi. Kitabı almamışdan öncə də Amazonda “Look inside”dan müəyyən hissələri oxuyaraq kitabın dilinə nəzər yetirmişdim, kitabın dili çox sadə və anlaşıqlı idi. Ondan sonra kitabı almaq qərarına gəldim. Qısa müddət ərzində kitabın dilinə öyrəşə bildim. Kitab çox yığcamdı, əlavə informasiyalar ilə oxucunu çox yükləmir. Əgər real imtahana hansı mövzu ilə əlaqədar suallar düşməyəcəksə, chapter daxilində həmin mövzu geniş izah edilmir, sadəcə informasiyanız olsun deyə bildirilir ki, belə bir şey mövcuddur, amma OCA imtahanına düşməyəcək və ya OCP imtahanına düşəcək və OCP kitabında geniş izah ediləcək. Beləcə imtahan üçün zəruri olmayan mövzuları oxumağa ehtiyacınız olmur və bu yolla da vaxtınıza qənaət etmiş olursunuz. Kitabın ən çox bəyəndiyim xüsusiyyəti imtahana düşəcək mövzularla/suallarla bağlı təxminləri oldu. Hansı mövzu/bölmə imtahanda soruşulmayacaq demişdirsə, həqiqətən də həmin mövzu soruşulmadı.

Kitabda ən çox çətinlik çəkdiyim mövzu GC oldu. Əvvəl-əvvəl bu tip sualları tapmaqda çətinlik çəkirdim, Coderanch`da garbage collector ilə bağlı bir neçə qəliz sual çıxmışdı rastıma edə bilməmişdim. Ona görə bu mövzunu kənar ədəbiyyatdan da oxumağa ehtiyac duydum. Sonra yavaş-yavaş kağız-qələm ilə bu tip sualları daha rahat şəkildə tapmağın üsulunu öyrəndim. Amma imtahanda GC ilə bağlı cəmi bir sual düşdü və həmin sualı tapmaq üçün də təkcə SYBEX`dəki müvafiq mövzunu oxumaq tam yetərli idi.

Kitabda da qeyd edildiyi kimi demək olar ki, imtahan mövzularını 100% əhatə edirdi. Real imtahanda SYBEX kitabında olmayan ancaq bir şey rastıma çıxdı, o da 3 parametrli append() metodu. Amma bir parametrli append() metodu kitabda izah edilib.

Errata səhifəsinə baxsanız, kitabla bağlı ən çox report edən şəxs kimi mənim adımı görə bilərsiniz. Amma buna baxmayaraq mənim kitabla bağlı fikirlərim çox müsbətdir. Həmin texniki səhvlərin əksəriyyəti mövzunu qavramaqda sizə mane olacaq və imtahanda hər hansı bir sualı səhv cavablandırmağınıza səbəb olacaq səhvlər deyil. Xatırladığım 1-2 ciddi səhv var, onlar da səhv xatırlamıramsa Practise Exam`də rastıma çıxmışdı. Amma müsbət tərəfi odur ki, online material olduğu üçün operativ olaraq aradan qaldırılması mümkündür və mərhələli şəkildə bu proses həyata keçirilir.

Ümumilikdə kitab çox gözəl kitabdır, real imtahan suallarına istinadən deyə bilərəm ki, imtahanda düşən bütün sualları (3 parametrli append() metodu istisna olmaqla, onu da Enthuware`dən öyrənmişdim) əhatə edirdi. Həqiqətən də SYBEX kitabını çox sevdim. Kitaba başlamazdan öncə Assessment Test`də 3-4 sual güclə tapmışdım, amma kitabı bitirdikdən sonra bir xeyli inkişaf var idi. Əgər online materialların keyfiyyəti bir az daha artırılsa (məsələn, Practise Exam`də əvvəlki suallara qayıtmaq mümkün deyil; testlər üzrə nəticələriniz yadda saxlanılmır, növbəti girişdə artıq itir; testlərdə vaxt limiti tətbiq edilmir və s.) gələcəkdə imtahana hazırlaşacaq namizədlər üçün daha faydalı bir vasitə olar.

 

Qeyd: Bəzi qeydlər imtahana hazırlaşdığım dövrdəki mövcud vəziyyətə istinadən yazılıb, zamanla dəyişilə bilər.

About the author

Mushfiq Mammadov

Leave a Comment

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.