OCA Java imtahan mövzuları

Throwing a Second Exception

Biz indiyə kimi yazdığımız nümunələrdə ancaq bir try ifadəsi işlətdik. Amma try blokunun içində, eləcə də catchfinally bloklarının içində də digər bir try ifadəsi işlədə bilərik:

reader obyekti ilə işimiz bitdikdən sonra onu bağlamalıyıq, bunun üçün close() metodunu çağırırıq. close() metodunun özü də IOException fırladır və IOException checked exception olduğundan onu da try-catch blokuna salıb handle edirik.

Əgər catchfinally bloklarının hər ikisində də exception fırladılarsa, fırladılan son exception olaraq finally blokundakı exception götürülür, catch blokundakı exception gizlədilir:

Bu metodu çağırsaq RuntimeException baş verəcək. Əgər finally blok olmasa, o zaman compiler fırladılan son exception olaraq sətir 24-ü qəbul edəcək və xəta verəcək. Çünki Exception ckecked exception qrupuna aiddir, ona görə də ya handle olunmalıdır, ya da declare. Amma sətir 26-ya görə artıq sətir 24 unudulur və son exception olaraq RuntimeException qəbul edilir.

Sonda qeyd etdiklərimizi yekunlaşdıraraq daha bir nümunəyə baxaq və metodun geriyə döndürdüyü dəyərə diqqət edək:

Metodun geri döndürdüyü dəyər: before catch finally done

Daxildəki try ifadəsinin fırlatdığı son exception (Exception) checked exceptiondur və həmin try ifadəsi digər bir try ifadəsinin içində yazıldığından baş verən exception çöldəki (outer) try ifadəsinin catch blokunda tutulur, ona görə də kod compile olunur. Əgər sətir 45-də Exception`u RuntimeException etsək, sətir 43 compile olunmayacaq.

Bu kodla bağlı bəzi dəyişikliklər edib, qayıdan dəyərin necə dəyişəcəyinə diqqət yetirək:

  1. Əgər sətir 40 və 43-ü commentə salsaq, o zaman nəticə belə olacaqdır:  before catch finally
  2. Əgər sətir 40-ın əvəzinə return result; yazsaq və sətir 43-ü commentə salsaq, o zaman nəticə belə olacaqdır:  before catch
    Sırf bu nüansla bağlı bir nümunəni Exception mövzusunun əlavələrində qeyd etmişəm. Orada qeyd olunan linkdən bunun niyə belə baş verməsi ilə bağlı daha ətraflı məlumat ala bilərsiniz.
  3. Əgər yalnız sətir 40-ın əvəzinə return result; yazsaq, o zaman nəticə belə olacaqdır: before catch finally done
    Belə görünür ki, catch blokunda return ifadəsi işlədilsə də finally blokunda yeni exception fırladılırsa, kodun axışı dəyişir, return ifadəsi yazılmasına baxmayaraq nəzarət artıq daxildəki catch blokundan çıxır.

About the author

Mushfiq Mammadov

Leave a Comment

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.