Xəbərlər

“Book promo”nun hədiyyə kitabı gəlib çatdı

OCA-OCP-Java-SE-8-Programmer-Practice-Tests-gift-
Written by Mushfiq Mammadov

Bu məqalədə “OCA / OCP Practice Tests: Exam 1Z0-808 and Exam 1Z0-809” kitabı ilə əlaqədar “book promo” keçirilməsi barədə məlumat vermişdim. Facebook qrupumuzda da qeyd etmişdim ki, təsadüfi seçilən 4 nəfərdən biri də mən olmuşam və kitab gəlib çatanda bu barədə məlumat verəcəm. Nəhayət kitab bugün gəlib çıxdı. “Book promo” bitdikdən 1 ay sonra kitablar artıq göndərilmişdi, təxminən 15.05.2017 tarixində. Sadəcə bizim ölkə məsafə baxımından uzaq olduğuna görə kitab hələ bugün gəlib çatıb.

Əgər sizin üçün də Coderanch`da “book promo”su keçiriləcək hər hansı bir kitab maraqlı olarsa, çalışın orada iştirak edin. Onsuz da itirəcəyiniz bir şey yoxdur, amma şanslı olsanız əvəzində qazanacağınız bir kitab olacaq. Gec də olsa kitabınız göndərilir, artıq bundan narahat olmaya bilərsiniz 🙂

Ümumiyyətlə, promotion’u keçiriləcək kitabların siyahısına isə aşağıdakı linkdən baxa bilərsiniz:

https://coderanch.com/wiki/660305/Book-Promotions-Schedule

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.