İmtahana hazırlıq: addım-addım Sertifikat imtahanı

Addım 3. Coderanch forumunda qeydiyyatdan keçmək

coderanch certification forum - Find answer to all questions
Written by Mushfiq Mammadov

Sertifikata hazırlıq dönəmində qəbul etdiyim ən doğru qərarlardan biri coderanch forumuna qoşulmaq oldu. Forumun əhəmiyyətli dərəcədə faydasını gördüm. Sizə də forumdan faydalanmağı tövsiyə edirəm. Forumda OCA SE ilə bağlı bölməyə aşağıdakı linkdən daxil ola bilərsiniz:

https://coderanch.com/f/117/ocajp

coderanch ocajp forum

Foruma heç nə yazmasanız belə gündəlik olaraq daxil olub yeni postları oxumağın informasiyalaşmaq baxımından sizə çox böyük faydası olacaq. Forumda üzvlər tərəfindən sertifikata hazırlıq prosesinin hər mərhələsi üzrə suallar soruşulur və moderator və ya digər üzvlər tərəfindən həmin suallar ya ətraflı cavablandırılır, ya da ətraflı məlumat üçün müvafiq linklərə yönləndirilir.

Bundan əlavə “Certification Results” bölməsində imtahandan keçmiş istifadəçilər imtahanla bağlı təəssüratlarını, təcrübələrini paylaşırlar. Bu məlumatların da sizə böyük faydası dəyə bilər.

http://www.coderanch.com/forums/f-44/certification-results

coderanch certification result

Həmçinin “Ocajp Wall Of Fame”də ancaq OCA SE imtahanından keçənlərin təcrübələri ilə tanış ola bilərsiniz:

http://www.coderanch.com/t/659980/Wiki/Ocajp-Wall-Fame

coderanch ocajp wall of fame

Bundan əlavə forum ingilis dilinizi inkişaf etdirmək baxımından da sizə faydalı ola bilər. Forumda əksər suallar addım-addım və gözəl şəkildə izah edilir (xüsusilə Roel De Nijs tərəfindən). Bu da istifadəçilərin onlar üçün qaranlıq qalan suallarını forumda soruşmağa bir stimul, maraq yaradır.

Coderanch forumunun mənə verdiyi faydalar barədə öz imtahan təcrübəmdə qeyd etmişəm, bu linkə klikləyərək baxa bilərsiniz.

 

Bütün addımlara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.