İmtahana hazırlıq: addım-addım Sertifikat imtahanı

Addım 2. Hazırlıq kitabının alınması

study guides for oca java se exam
Written by Mushfiq Mammadov

İmtahanı seçdikdən sonra növbəti addım həmin imtahana hazırlaşmaq üçün optimal kitabın seçilməsidir. Kitabın doğru seçilməsi çox vacibdir, əks təqdirdə həm uğursuz nəticə əldə edə, həm də vaxtınızı əbəs yerə itirə bilərsiniz. Kitab imtahan mövzularını tam əhatə etməli, mövzuları konkret izah etməli, suallar və kod nümunələrini real imtahan suallarına bənzər stil/formatda verməli, artıq mövzularla sizi yükləməməli və bir sözlə imtahan prosesini düzgün işıqlandırmalıdır.

 

OCA Java SE 7 (1Z0-803) imtahanı üçün hazırlıq kitabları
 

Adı

Müəllif(lər)i

1 “OCA Java SE 7 Programmer I Certification Guide: Prepare for the 1ZO-803 exam” Mala Gupta
2 “OCA/OCP Java SE 7 Programmer I & II Study Guide (Exams 1Z0-803 & 1Z0-804)” Kathy Sierra, Bert Bates
3 “Oracle Certified Associate, Java SE 7 Programmer Study Guide” M. Reese Richard
4 “OCA Java SE 7 Programmer I Study Guide (Exam 1Z0-803)” E.Finegan, R.Liguori
5 “Oracle Certified Associate, Java SE 7 Programmer Exam (1Z0-803) Complete Video Course Simon Roberts

1-ci və 2-ci kitablar oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb və hal-hazırda OCA Java SE 7 imtahanından uğurla keçənlərin əksəriyyəti təcrübələrini paylaşarkən bu kitablardan hazırlaşdıqlarını qeyd edirlər. Ona görə sizin də bu iki kitabdan birini seçməyiniz tövsiyə olunur. Mala Gupta`nın müəllifi olduğu kitabın sonunda bir “full mock exam”, Kathy Sierra və Bert Bates`in müəllifləri olduqları kitabın əlavəsində (CD) isə OCA imtahanı ilə əlaqəli iki “mock exam” var (bunun üçün əlavədə olan imtahan simulyatoru yüklənilməlidir).

 

OCA Java SE 8 (1Z0-808) imtahanı üçün hazırlıq kitabları
 

Adı

Müəllif(lər)i

1

“OCA: Oracle Certified Associate Java SE 8 Programmer I Study Guide: Exam 1Z0-808” J.Boyarsky, S.Selikoff

2

“OCA Java SE 8 Programmer I Certification Guide” Mala Gupta

3

“OCA Java SE 8 Programmer I Study Guide (Exam 1Z0-808) (Oracle Press)” E.Finegan, R.Liguori

4

“A Programmer’s Guide to Java SE 8 Oracle Certified Associate (OCA)” K.A.Mughal, Rolf W Rasmussen

5

“OCA Java SE 8 Programmer I (1Z0-808) Complete Video Course Simon Roberts

6

“OCA Java SE 8 Programmer I Exam Guide (Exams 1Z0-808)” Kathy Sierra, Bert Bates

Mən 1-ci kitabdan hazırlaşmışam və bu kitabı seçməyə qərar verənə qədər bir xeyli tərəddüd etmişdim. Əvvəlcə OCA SE 7 imtahanını verməyi qərara almışdım və Mala Gupta`nın “OCA Java SE 7 Programmer I Certification Guide: Prepare for the 1ZO-803 exam” kitabından hazırlaşmağı planlaşdırmışdım. Amma hazırlığa başlamaq istədiyim ərəfələrdə OCA SE 8 imtahanının beta versiyası çıxdı. Fikrimi dəyişdim, OCA SE 8 imtahanını verməyi qərara aldım. Sertifikat imtahanına qəti şəkildə hazırlaşmağı qərara aldığım vaxt OCA SE 8 üzrə cəmi bir hazırlıq kitabı var idi, Jeanne Boyarsky və Scott Selikoff`un adını yuxarıda qeyd etdiyim kitabı. Kitab yenicə çıxmışdı və amazonda və ya forumda həmin kitabı oxuyub fikir bildirən hələ olmamışdı. Mala Gupta`nın OCA 8 ilə bağlı kitabının yaxın zamanlarda çıxıb-çıxmayacağı ilə bağlı sualıma cavab ala bilmədiyimdən qeyd etdiyim bu kitabı araşdırmağa başladım. Başqa alternativim yox idi və bu kitabı aldım. Kitab gözlədiyimdən də yaxşı çıxdı.

Kitabın “online material” adlanan hissəsi də var və orada əlavə olaraq 3 ədəd “practise exam” mövcuddur. Kitabla bağlı fikirlərimi ətraflı şəkildə imtahan təcrübəmdə qeyd etmişəm.

Hal-hazırda bu kitab Amazon`da “best seller”di. Qısacası, heç bir tərəddüd etmədən bu kitabı alıb imtahana hazırlaşmağa başlaya bilərsiniz. Digər kitablarla bağlı fikir formalaşdırmaq üçün isə Amazon`dakı “review”lara baxa bilərsiniz.

Əlavə olaraq qeyd edim ki, sertifikatla bağlı hazırlıq kitablarının demək olar ki, hamısı ingilis dilindədir. İmtahan ingilis dilində olduğundan ingiliscə hazırlaşmaq daha məqsədəuyğundur. Ola bilər ki, ingilis dili bilginiz zəif olsun, amma bu sizi qorxutmasın. Motivasiya olsun deyə haşiyəyə çıxaraq öz təcrübəmdən bir məqamı paylaşmaq istəyirəm. Dil ilə bağlı qorxu hissini mən də yaşamışam. Sertifikata hazırlaşmaq üçün ilk kitabı hələ 2014-cü ilin yayında almışdım. Amma hər dəfə kitabı əlimə götürəndə gözlərim böyüyürdü, 10 dəqiqədən artıq oxuya bilmirdim. 8 il olardı ingilis dili ilə mütəmadi məşğul olmurdum və bildiklərimin əksəriyyətini unutmuşdum. Az-çox xatırladıqlarım məktəb vaxtında öyrəndiklərim idi. Bu qorxu, bu minvalla sertifikata hazırlıq təqribən 9 ay yubandı, ta ki, qarşıma ciddi şəkildə məqsəd qoyanadək. Yeni imtahan və yeni kitab çıxmışdı. Bu dəfə israrlı idim, kitabı aldım və başladım oxumağa. Təbii ki, asan olmadı, çətinlik bir aya qədər davam elədi. Google translate`də danışıq kitabı yaratmışdım, bilmədiyim sözləri ora əlavə edirdim. Müəyyən sayda söz yığılandan sonra danışıq kitabını excel formatına çevirərək çap edirdim. Parkda gəzəndə yaxud axşamlar evdə həmin sözlərə təkrar nəzər yetirirdim. Sonra artıq kitabın dilinə öyrəşə bildim. Sözsüz ki, çətinliklər olacaq, amma əgər məqsədiniz qorxunuzdan böyükdürsə, o zaman kitabı alın və başlayın 🙂

 

Bütün addımlara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.