İmtahan təcrübəm Sertifikat imtahanı

Kitabı bir dəfə oxuyub bitirdikdən sonra hansı qərara gəldim?

my oca experience - what did I decided after finished first reading book
Written by Mushfiq Mammadov

Kitabda məsləhət görülür ki, əgər hər mövzunun sonundakı “Review questions”lardan nəticəniz 80%-dən az olarsa, həmin mövzunu yenidən oxuyun. Testləri vaxt limitini nəzərə almadan etsəm də yenə bütün nəticələrim 80%-dən az olmuşdu. Ona görə də kitabı yenidən oxumalı idim. Amma kitabı təkrar oxumağa başlamazdan öncə əlavə testlər etməyi qərara aldım, çünki testlərdə mövzu üzrə ən çox hansı məqamlara toxunulduğunu görürsən və mövzunu oxuyarkən hansı hissələrə daha çox diqqət verməli olacağını özün üçün təyin edirsən. Və artıq təkrara başlayanda da mövzuda hansı hissələrə daha çox fokuslanmalı olduğunu bilirsən. Və aşağıdakı testləri etdim:

“OCA Java SE 7 Programmer I Certification Guide”, Mala Gupta, Sample exam questions:
“OCA/OCP Java SE 7 Programmer I & II Study Guide”, Kathy Sierra and Bert Bates, Self Test:

Yuxarıdakı testləri bitirdikdən sonra SYBEX kitabını ikinci dəfə oxumağa başladım və vacib hissələrini qeyd etməyi qərara aldım. Qeydlərimi əvvəlcə dəftərçədə edirdim, amma sonra fikrimi dəyişdim. Həmin qeydləri gələcəkdə genişləndirərək mini kitab halına salmaq ideyası yarandı və qeydlərimi word documentdə aparmağı qərara aldım. Kitabı təkrarlayıb bitirdim və Chapter testləri yenidən etdim, amma bu dəfə “online material”dan. Kitabın “Online material” adlı ikinci hissəsi də var və chapter testlər orada da mövcuddur. Testi online materialdan etməyin üstünlüyü ondan ibarətdir ki, orada hər sual üçün sərf etdiyin vaxt da qeyd edilir və sualı düzgün tapıb-tapmadığından əlavə, təyin edilmiş vaxt ərzində tapıb tapa bilmədiyini də özün üçün müəyyən etmiş olursan. Chapter testlər üzrə 2-ci cəhd nəticələrim aşağıdakı kimi oldu (təqribən 3 ay sonra və bu dəfə vaxt ilə):

Second attempt Comparison with first attempt
Chapter 1 – 91.3% 74%
Chapter 2 – 100% 55%
Chapter 3 – 84.85% 66.7%
Chapter 4 – 93.1% 62.1%
Chapter 5 – 70% 60%
Chapter 6 – 90% 60%
Assessment test – 65%

Yay məzuniyyətinə gedəndə noutbukumu özümlə götürməmişdim, amma vaxtımı faydalı keçirmək üçün google play store`dan telefonuma bir neçə java quiz yüklədim və oradakı sualları etməyə başladım. Quiz`dəki sualların demək olar ki, çoxu sadə idi, amma bəzi xırda, incə faktları daha yaxşı yadda saxlamaq, həmçinin sualları daha cəld şəkildə cavablandırmaq baxımından bir xeyli faydası oldu. Telefonda istifadə etdiyim digər faydalı bir proqram isə AIDE app oldu. Bu proqramı telefonda compiler və jre kimi istifadə edirdim. Beynimdə hər hansı bir qaranlıq sual yaranan kimi dərhal AIDE app`ı açıb həmin kodu test edirdim.

SYBEX online materiallarda hər biri 60 sualdan ibarət 3 ədəd practise exam var, kitabı tamam yekunlaşdırdıqdan sonra onlara başladım:

“OCA/OCP Java SE 7 Programmer I & II Study Guide” (Kathy Sierra and Bert Bates) kitabının əlavə olunmuş materiallar siyahısında 2 mock exam var idi, SYBEX`dən sonra onları etdim. Bu mock exam`lər digərlərinə nisbətən daha çətin idi və nəticələrim belə oldu:

Bura qədər əsas çətinlik çəkdiyim suallar:

1) “Aşağıdakı ifadələrdən hansı doğrudur?” – tipli suallar. Bu suallar yaxşı ingilis dili səviyyəsi tələb edir. Çünki cümlədəki bircə sözün tərcüməsini bilməmək belə bəzən bütün cümlənin ümumi anlamını yanlış yozmağa səbəb ola bilər. Ən yaxşı bildiyin bir mövzuya dair ifadəni belə səhv tərcümə səbəbindən yanlış cavablandıra bilərsən.

2) “Choose all that apply” – tipli suallar. Əksər bu tip suallarda ya cavablarımın sayı əksik olur, ya da artıq. Hərdən bir neçə cavab arasında tərəddüd edirsən, əgər doğru cavabların sayı qeyd olunsa, tapmaq nisbətən asan olar.

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.