Qeyd: Real imtahan suallarını paylaşmaq leqal hesab edilmir. Ona görə də aşağıdakı yazıda imtahana istinadən paylaşdığım kod nümunələri dəyişdirilmiş və bənzər kodlarla əvəz edilmişdir.
- İmtahana qədər gördüyüm iç-içə for dövrləri adətən bu formada olurdu: ikiölçülü massiv verilirdi, outer for iteration üçün massivin birinci elementinin uzunluğu, inner for iteration üçün isə massivin ikinci elementinin uzunluğu istifadə olunurdu, təxminin belə:
int count=0;
int[][] arr = new int[3][4];
for(int i=0; i<arr.length; i++)
for(int j=0; j<arr[i].length; j++)
if(j<2) count++;
System.out.println(count);
Amma imtahanda gördüyüm iç-içə for suallarında ikiölçülü yox, birölçülü String massiv istifadə olunurdu. Inner for iteration üçün massivin indekslərindəki elementlərin uzunluğu istifadə olunurdu, təxminən belə:
int count=0;
String[] arr = {"one", "three", "five", "seven"};
for(int i=0; i<arr.length; i++)
for(int j=0; j<arr[i].length(); j++)
if(arr[i].length() == 5) count++;
System.out.println(count);
Bu stildə, amma nisbətən daha mürəkkəb suallar idi.
- Grid şəklində massiv sualı. XO oyunundan yəqin hamının xəbəri var. Həmin oyundakı xanaları ikiölçülü massivin elementləri kimi təsəvvür etməliyik və X-in qalib gəlməsi üçün massivin hansı indeksdə dayanan xanasına X çəkilməlidir onu tapmalıyıq;
- Import ilə bağlı bəzi sual nümunələri var idi, ona bənzər nümunələr nə SYBEX, nə də ki Enthuware`də yox idi. Əslində nisbətən bənzər suallar rastıma çıxmışdı, amma əsas fərqlilik cavab variantları ilə əlaqəli idi (ətraflı);
