OCA Java imtahan mövzuları

Variable Scope | Ordering Elements in a Class

Variable Scope

Dəyişənlərin təsir dairəsi (variable scope) bu formadadır:

  • Lokal dəyişənlər – elan olunduğu sətirdən daxilində olduğu kod bloku bitənədək;
  • Instance dəyişənlər – elan olunduğu vaxtdan zibil qutusuna göndərilənədək (until object garbage collected);
  • Class dəyişənlər – elan olunduğu vaxtdan proqram sonlananadək.

Metoda göndərilən parametr həmin metodun lokal dəyişəni hesab edilir.

public void testMethod(int a) {
    int b = 5;
}

Bu metodun 2 lokal dəyişəni var – a b. 3-cü sətirdə həm a, həm də b dəyişəninin təsir dairəsi bitir.

 

Ordering Elements in a Class

 

Element Nümunə Tələb edilirmi? Harada yerləşməlidir?
Paket elanı package abc; Xeyr Faylda 1-ci (ilkin) sətirdə
Import ifadələri import java.util.*; Xeyr Paketdən sonra
Class elanı public class C Bəli Import`dan sonra
Dəyişən (field) elanı int value; Xeyr Class daxilində istənilən yerdə
Metod elanı void method() Xeyr Class daxilində istənilən yerdə

Comment kodun içərisində istənilən yerdə işlədilə bilər, məhdudiyyət qoyulmur, hətta paketdən əvvəl də gələ bilər. Metod və dəyişənlər isə məlumdur ki, ancaq class`ın daxilində istənilən yerdə işlədilə bilər. Burada əsas yadda saxlamalı məqam package, import ve class`ın faylda yerləşmə ardıcıllığıdır. package və import optional`dır, yəni istəyə bağlı olaraq istifadə edilə və ya edilməyə bilər. Ancaq class mütləq olmalıdır. Əgər package ve import istifadə edilərsə, onda ardıcıllıq mütləq belə olmalıdır:

package ⇒ import ⇒ class

Study Guide`da bunu yadda saxlamaq üçün yaxşı metod tövsiyə edilir: Picture sözünün ilk hecasını yada salırsız – PIC

  • P(ackage)I(mport)C(lass)

Bir faylın (.java) içərisində bir neçə class yaradıla bilər, amma onlardan ancaq biri public ola bilər. public olan class`ın adı faylın adı ilə mütləq eyni olmalıdır.

File: Names.java

public class Names {}
class Surnames {}

Bu zaman faylın adı mütləq Names.java olmalıdır. Amma bütün class`lar default access ola bilər, yəni hər hansı bir classın public olması mütləq deyil.

 

Bütün mövzulara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.