İmtahana hazırlıq: addım-addım Sertifikat imtahanı

Addım 7. İmtahanın nəticəsini öyrənmək

oracle-java-certification-exam-result
Written by Mushfiq Mammadov

İmtahanın nəticəsi dərhal elan olunmur. İmtahanı bitirdikdən sonra sizə Test Mərkəzi tərəfindən aşağıdakı yazılar qeyd olunmuş bir fayl verilir:
notification-paper-by-test-center

Yazıdan da aydın görünür ki, imtahan bitdikdən təxminən yarım saat ərzində sizin email`inizə imtahan nəticəsinin hazır olması ilə bağlı məktub gəlir.

email-notification-oracle-certification-program-your-exam-results-are-available

İmtahanın nəticəsini görə bilmək üçün mütləq CertView saytında qeydiyyatdan keçmək lazımdır, çünki imtahanın nəticəsi məhz bu saytda yayımlanır. Sayta daxil olarkən ardıcıl/alt-alta 3 pəncərə ilə rastlaşacaqsınız:

  • Login         – Returning CertView Users;
  • Sign up     – First Time Users;
  • Register   Create Web Account.

Əgər artıq certview saytında qeydiyyatınız varsa, o zaman Login pəncərəsində “Sign In To CertView” linkini sıxaraq hesabınıza daxil ola bilərsiniz. Yox əgər Oracle hesabınız var, CertView hesabınız yoxdursa o zaman Sign Up pəncərəsində “Authenticate My CertView Account” linkini sıxırsız və açılan pəncərədə Oracle Testing ID və email ünvanınızı daxil edirsiniz (1-ci punkta diqqət):

certview-sign-up

Ümumiyyətlə, əgər Oracle hesabınız yoxdursa, o zaman Register pəncərəsindən “Create My Oracle Web Account Now” linkini sıxaraq əvvəlcə Oracle hesabınızı yaradırsınız. Sonra isə həmin hesabla Sign Up, daha sonra isə Login olursunuz. 

Qeydiyyatı uğurla başa çatdırıb CertView hesabınıza daxil olduqda belə bir menyu ilə rastlaşacaqsınız:

see-exam-results-in-certview

İmtahan nəticənizin hazır olması barədə emailinizə bildiriş gəldikdə CertView hesabınıza daxil olub, nəticəni görmək üçün “See My New Exam Results Now” linkini sıxırsınız. Aşağıdakı pəncərəyə bənzər pəncərə açılır:

details-of-your-exam-result-in-certview

Bu pəncərədə topladığınız bal, imtahan üçün keçid balı və səhv cavablandırdığınız sualların hansı mövzulara aid olması ilə bağlı “feedback” göstərilir.

Problem yaşanmaması üçün CertView saytında imtahandan 1-2 həftə öncə qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

 

Bütün addımlara bax

About the author

Mushfiq Mammadov

Leave a Comment


The reCAPTCHA verification period has expired. Please reload the page.

 

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.